150 +994505000150

RİİB-in könüllüləri “Bakı Marafonu 2018”də iştirak ediblər

13 may 2018
Paylaş
RİİB-in könüllüləri “Bakı Marafonu 2018”də iştirak ediblər

Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib.

Mayın 13-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu 2018” keçirilib. “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonu ardıcıl üçüncü ildir təşkil olunur. Builki marafonda iştirak üçün 18 000-dək şəxs qeydiyyatdan keçib.

Bakı marafonunda Azərbaycanın regionlarının - Gəncə, Sumqayıt, Mingəçevir, Quba, Qusar, Lənkəran, Astara, Naxçıvan, Qəbələ, Şamaxı, Zaqatala, Şəki, Oğuz və digər bölgələrin sakinləri də iştirak ediblər.

Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometr məsafəni əhatə edib və Bakı Olimpiya Stadionunda başa çatıb.

RİİB-in 8 regiondan 300-dən çox könüllüsü də marafonda iştirak üçün paytaxta gəlib. Könüllülərin marafonda iştirakı üçün İctimai Birlik tərəfindən bütün zəruri tədbirlər həyata keçirilib.

Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi ilə təşkil olunur.

 

 

FOTO