150 +994505000150

Vəzifələr

İctimai Birliyin əsas məqsədi cəmiyyətin sosial, iqtisadi və mədəni inkişafına töhfə verməkdən ibarətdir.

İctimai Birlik məqsədlərinə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
  • İctimai nəzarətin həyata keçirilməsi;
  • Vətəndaş müraciətlərini və təkliflərini araşdırmaq və onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq və dialoq şəraitində həlli istiqamətində tədbirlər həyata keçirmək;
  • Əhalinin həyat və sağlamlığının qorunmasına, elm, təhsil və turizmin inkişafına, innovativ ideyaların reallaşdırılmasına, təbiətin və ətraf mühitin mühafizəsinə, cəmiyyət üzvlərinin fiziki, sosial, intellektual və mənəvi inkişafının təmin edilməsinə, cəmiyyətdə tolerant mühitin qorunmasına, məşğulluğun artırılmasına və sosial cəhətdən həssas (çətin həyat şəraitində yaşayan və sosial müdafiəyə ehtiyacı olan) əhali qruplarının sosial problemlərinin həllinə, sərbəst, təhlükəsiz və dayanıqlı hərəkət və yaşayış mühitinin təmin edilməsinə yönəlmiş layihələr həyata keçirmək;
  • İstedadlı, xüsusi qabiliyyətli insanların aşkara çıxarılması və onların davamlı inkişafının təmin edilməsi istiqamətində tədbirlər görmək;
  • Gənclərin fərdi inkişafına təkan vermək və faydalı məşğulluğunu təmin etmək, onlarda sosial məsuliyyət, vətənpərvərlik, dövlətçilik, humanizm dəyərlərini möhkəmləndirmək, gəncliyin potensialından xalqın rifahı, ölkəmizin dayanıqlı inkişafı, dövlət institutlarının fəaliyyətinin müasir dövrün çağırışlarına uyğunlaşdırılması üçün səmərəli istifadə etmək məqsədi ilə tədbirlər həyata keçirmək;
  • Əhalinin maarifləndirilməsi istiqamətində müstəqil olaraq və ya dövlət qurumları, bələdiyyələr və ictimai təşkilatlar ilə birlikdə tədbirlər həyata keçirmək;
  • Humanitar, kommersiya və qeyri-kommersiya təşkilatları, kütləvi informasiya vasitələri, dövlət və bələdiyyə orqanları, qeyri-hökümət təşkilatları, yerli və xarici təhsil müəssisələri və digər təşkilatlarla əməkdaşlıq etmək;
  • Zəruri hallarda qanunvericlik aktlarının təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış etmək;
  • Qanunvericiliklə qadağan olunmayan digər fəaliyyətləri həyata keçirmək.