150 +994505000150

RİİB “www.teklifimvar.az” portalını yaradır

10 mart 2020
Paylaş
RİİB “www.teklifimvar.az” portalını yaradır

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) www.teklifimvar.az portalı hazırlayır. Tezliklə istifadəyə veriləcək portala vətəndaşlar müxtəlif sosial-iqtisadi, infrastruktur və digər məsələlərlə bağlı təkliflərini göndərə biləcəklər.

Daxil olan təkliflər işçi qrup tərəfindən araşdırıldıqdan sonra daha vacib və məqsədəmüvafiq olanlar portalda yerləşdiriləcək. Qeyd edilən platforma üzərindən aidiyyəti qurumlara daxil olan təkliflərin reallaşdırılmasına dəstək göstərmək imkanı yaradılacaq. Görülən işlərin nəticələri barədə məlumat portalda yerləşdiriləcək.

Portalın yaradılmasında məqsəd vətəndaşları ölkənin sosial-iqtisadi, ictimai və mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda, dövlət tərəfindən regionların inkişafı üzrə reallaşdırılan tədbirlərdə daha fəal iştiraka təşviq etməkdir.

Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi ictimai nəzarətin həyata keçirilməsi, əhalinin müxtəlif müraciətlərinin araşdırılması, onların aidiyyatı qurumlarla əməkdaşlıq şəratində həlli, eləcə də elm, təhsil, səhiyyə, sosial, ekologiya, turizm, idman və digər sahələrdə layihələrin icrası istiqamətində fəaliyyət göstərir.