150 +994505000150

RİİB-in Birinci “Könüllülük proqramı” uğurla yekunlaşıb

4 yanvar 2018
Paylaş
RİİB-in Birinci “Könüllülük proqramı” uğurla yekunlaşıb

“Regional İnkişaf” İctimai Birliyinin Birinci “Könüllülük proqramı” uğurla yekunlaşıb. 2017-ci ilin sentyabr-dekabr aylarını əhatə etmiş proqramın əsas məqsədi vətəndaşları regionun sosial hayatında daha fəal iştiraka cəlb etmək, eləcə də gənclərin bilik və bacarıqlarının artırılması, onların fərdi inkişafı, regionlarda geniş könüllü şəbəkəsinin formalaşması işinə dəstək vermək, ictimai nəzarətin həyata keçirilməsində könüllülərin aktiv iştirakını təmin etməkdən ibarət olub.

Qeydiyyatdan keçən 500-ə yaxın müxtəlif yaş kateqoriyasından olan region sakinləri arasından seçilmiş və proqramda iştirak hüququ əldə edən 358 könüllü üçün könüllülük fəaliyyəti, RİİB könüllülərinin iş prinsipləri, ictimai nəzarətin həyata keçirilməsində könüllülərin rolu, vətəndaşlarla işin qurulması və digər mövzularda təlimlər keçirilib, müxtəlif turistik məkanlara ekskursiyalar və istehsal müəssisələrinə infoturlar təşkil edilib, könüllülərin təqdimatında təmsil etdikləri regionun mədəniyyət nümunələri nümayiş olunub, müxtəlif sosial aksiyalar və layihələr həyata keçirilib.

 

Proqram çərçivəsində könüllülər tərəfindən həmçinin, regionun sosial-iqtisadi və turizm potensialının artırılmasına dair təkliflər hazırlanıb, vətəndaşlardan müxtəlif mövzulu müraciətlər qəbul edilib.

 

Birinci “Könüllülük proqramı”nın yekunları ilə bağlı 8 regionda “Məzun günü” təşkil edilib, proqramın nəticələri müzakirə olunub və yeni könüllülük proqramı üçün təkliflər dinlənilib.

 

Proqramı uğurla başa vuran 330 nəfər könüllü sertifikatlarla təltif edilib.