150 +994505000150

Masallıda “Azərbaycan bədii tikmə sənəti” mövzusunda mühazirə təşkil olunub

24 noyabr 2017
Paylaş
Masallıda “Azərbaycan bədii tikmə sənəti” mövzusunda mühazirə təşkil olunub

Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan bədii tikmə sənəti” mövzusunda mühazirə təşkil olunub.

Mühazirəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının müəllimi Türkan Abbasova aparıb. İştirakçılara Azərbaycan bədii tikmə sənətinin meydana gəlmə tarixi və inkişaf mərhələləri, Azərbaycan geyim mədəniyyətində rolu haqda məlumat verilib. Nəzəri biliklər qazanmaqla yanaşı, mühazirə iştirakçılarına bədii tikmə nümunələri ilə əyani tanış olmaq imkanı da yaradılıb.