150 +994505000150

“Azərbaycanım” fotomüsabiqəsi çərçivəsində regionlarda sərgi və təlimlər təşkil olunur

21 fevral 2020
Paylaş
“Azərbaycanım” fotomüsabiqəsi çərçivəsində regionlarda sərgi və təlimlər təşkil olunur

“Regional İnkişaf” İctimai Birliyi və “Orxan Aslanov studiyası”nın birgə həyata keçirdiyi “Azərbaycanım” fotomüsabiqəsi çərçivəsində seçilmiş fotolardan ibarət sərginin regionarda nümayişinə başlanılıb.

Məqsəd ölkənin unikal təbiətini, qədim tarixini, zəngin mətbəxini, adət-ənənələrini, mədəniyyət və incəsənətini, insanların sosial həyatını fotolarla regionlarda geniş ictimaiyyətə tanıtmaq, eləcə də gənclərin fotoqraflıq peşəsinə marağını artırmaqdır.

Fevralın 20-də Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən sərgidə 150-dən çox foto nümayiş olunub. Gün boyu davam edən tədbirdə fotoqraf Orxan Aslanov fotomüsabiqənin əhəmiyyəti, eləcə də layihə çərçivəsində nəzərdə tutulan növbəti tədbirlər barədə ziyarətçilərə geniş məlumat verib.

Tədbirin davamı olaraq fevralın 21-də gənc fotoqrafların iştirakı ilə Göygöl Milli Parkına və Maragölə yürüş, eləcə də Orxan Aslanov tərəfindən fotoqrafiya sənətinin incəlikləri barədə təlim təşkil olunub.

Layihə çərçivəsində sərgi və təlimlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.


FOTO