150 +994505000150

RİİB Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün məşğələlər təşkil edib

2 mart 2019
Paylaş
RİİB Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün məşğələlər təşkil edib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün incəsənətin müxtəlif növləri üzrə məşğələlər təşkil edib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Şəki qarışıq tipli uşaq evinin sakinləri üçün incəsənətin müxtəlif növləri üzrə məşğələlər təşkil edib.

3 nömrəli Uşaq-Gənclər  İnkişaf Mərkəzi ilə birgə keçirilən məşğələlərdə uşaq və yeniyetmələr rəqs, aktyorluq sənəti və əl işlərinin hazırlanması ilə bağlı təlimlərdə iştirak ediblər. Onlar üçün eyni zamanda musiqili-əyləncəli proqramlar da təşkil olunub.

Layihənin məqsədi valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, eyni zamanda onların incəsənətin müxtəlif növlərinə marağını artırmaq və gələcəkdə peşə seçimlərini stimullaşdırmaqdır.

Məşğələlərin daha sonra müntəzəm davam etdirilə bilməsi üçün uşaq evinin müəllimləri də təlimlərə cəlb olunub. 

Qeyd edək ki, layihənin digər regionlardakı uşaq evləri və internat məktəblərində də keçirilməsi nəzərdə tutulur.

 

FOTO