150 +994505000150

RİİB-in könüllüləri “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula-1 (F1) çempionatında

10 mart 2018
Paylaş
RİİB-in könüllüləri “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula-1 (F1) çempionatında

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula-1 (F1) çempionatı keçirilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə regionlarda avtoidman üzrə maarifləndirmə ayı çərçivəsində “Sənin sürət formulan” şüarı altında simulyatorda Formula-1 (F1) çempionatı keçirilib. Fevralın 19-dan martın 10-dək davam edən layihə çərçivəsində keçirilən çempionat və seminarlarda Lənkəran, Şirvan, Füzuli, Mingəçevir, Qax və Qubanın yuxarı sinif şagirdləri iştirak ediblər. Çempionatın ilk mərhələsində hər regiondan bir qalib seçilib.

Həmin qaliblər Novruz bayramı ərəfəsində Bakıda təşkil olunan final turunda yarışıblar.

RİİB-in könüllüləri qeyd edilən rayonlarda layihənin reallaşdırılmasnda yaxından iştirak etməklə onun uğurla həyata keçirilmsinə köməklik göstəriblər.  6 rayon üzrə ümumilikdə 60-dan çox könüllü layihənin icrasına cəlb olunub.

 

FOTO