150 +994505000150

“Regional İnkişaf” İctimai Birliyinin könüllüləri

     “Regional İnkişaf” İctimai Birliyi qarşıya qoyulmuş vəzifələrin icrasında könüllülərlə işin təşkili, onların potensiallarından, təşəbbüslərindən vətəndaş cəmiyyəti quruculuğunda, regionların sosial-iqtisadi inkişafında səmərəli istifadəyə xüsusi əhəmiyyət verir.  Region sakinləri ilə keçirilən bütün görüşlərdə hər kəs, xüsusən də gənclər İctimai Birliyin işində yaxından iştirak etməyə dəvət olunur.

      Regionlarda könüllülük işinin təbliği və vətəndaşların RİİB-in ətrafına cəlb edilməsi üçün müxtəlif vaxtlarda ümumilikdə 40-a yaxın təqdimatlar, görüşlər keçirilib. Könüllülərin İctimai Birliyin reallaşdırdığı yerli layihələrdə, respublika miqyaslı tədbirlərdə fəal iştirakı təmin olunur.  Eyni zamanda könüllülərlə işin səmərəliliyini artırmaq, onların fərdi inkişafına dəstək vermək məqsədi ilə RİİB tərəfindən mütəmadi təlimlər təşkil edilir.

     Milli-mənəvi, dövlətçilik, vətənpərvərlik və müasirlik dəyərlərinə sadiq RİİB könüllüləri regionlarda vətəndaşların müxtəlif sahələrdəki problemlərinin həllində yaxından iştirak edir, eləcə də dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlara dəstək verirlər.

     Hazırda İctimai Birliyin 350-dən çox könüllüsü var və onlar arasında şəbəkələşmə, əlaqələrin genişlənməsi təşkilatın əsas diqqət yönəltdiyi istiqamətlərdəndir.