150 +994505000150

Azərbaycanda inklüziv təhsillə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir

18 fevral 2019
Paylaş

Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən həyata keçirilən “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsinin mühüm komponentlərindən biri ölkəmizdə inklüziv təhsillə bağlı qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inklüziv təhsilin ümumtəhsil sisteminə inteqrasiyası məqsədi ilə müvafiq təkliflərin hazırlanmasından ibarətdir. Bu məqsədlə fevralın 18-də layihə çərçivəsində cəlb olunmuş beynəlxalq ekspertin, eləcə də Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, UNİCEF Azərbaycan, BMT-nin İnkişaf  Proqramı, əlil təşkilatları və digər bir sıra qurumların nümayəndələrinin iştirakı ilə “Azərbaycanda inklüziv təhsil siyasətinin təhlili” mövzusunda dəyirmi masa təşkil olunub.

        Tədbirdə əlilliyi olan uşaqların ümumi təhsilə bərabərhüquqlu əsaslarla cəlb olunması üçün ölkəmizdə mövcud qanunvericilik sistemi, inklüziv təhsilə dair beynəlxalq təcrübə geniş müzakirə olunaraq bir sıra təkliflər irəli sürülüb, gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.  

Məlumat üçün bildiririk ki, may ayının sonunadək müvafiq sahədə ölkəmizdə mövcud qanunvericiliyin təhlilinin nəticələrini əks edən yekun hesabatın müzakirəyə çıxarılması və müxtəlif təşviqat xarakterli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.