150 +994505000150

RİİB könüllüləri üçün təlimlər təşkil olunub

13 sentyabr 2017
Paylaş

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) regionlarda könüllülərlə işin təkmilləşdirilməsi istiqamətində təlimlər təşkil edib. Təlimlər RİİB-in Lənkəran, Salyan, Tərtər, Şəmkir, Yevlax, Şəki, İsmayıllı və Quba şəhərlərində fəaliyyət göstərən regional mərkəzlərdə keçirilib.

 

Layihə müddətində könüllülərə RİİB-in məqsəd və vəzifələri, könüllülük fəaliyyətinin istiqamətləri, kommunikasiya, davranış qaydaları və digər məsələlər barədə məlumatlar verilib. Qarşılıqlı müzakirələrin gedişində könüllülər bölgələrdə ictimai nəzarətin həyata keçirilməsi, gənclərin məşğulluğunun və asudə vaxtlarının səmərəli təşkili, zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, informasiya kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və digər sahələrdə təkliflərlə çıxış ediblər.

 

Qeyd edək ki, RİİB bölgələrdə ictimai nəzarətin həyata keçirilməsini, əhalinin ayrı-ayrı sahələrdəki problemlərinin öyrənilməsini, onların dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq çərçivəsində həlində, müxtəlif istiqamətləri əhatə edən layihələrin icrasında mühüm rol oynayan könüllülərin fərdi inkişafını daim diqqətdə saxlayır. Təlimlərin gələcəkdə də təşkil olunması nəzərdə tutulur.