150 +994505000150

“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib

16 iyul 2019
Paylaş

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) birgə təşkilatçılığı ilə iyulun 16-da Balakən şəhərində açıq havada ailələrarası stolüstü tennis turniri keçirilib. Turnirdə 30-dan çox ailə iştirak edib.

Ailələrin yarışından əvvəl RİİB könüllüləri və ASTF üzvləri arasında yoldaşlıq görüşü keçirilib. Qaliblərə simvolik hədiyyələr təqdim olunub.

Ailələrin turniri 2 saat davam edib və sonda qaliblər müəyyən edilib. İlk üç yerin sahiblərinə kubok və qiymətli hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

Turnirin təşkilində məqsəd regionlarda idmana olan marağı artırmaq, sağlam həyat tərzinin təbliğinə, eyni zamanda sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə dəstək verməkdir.