150 +994505000150

RİİB-in təşkilatçılığı və dəstəyi ilə velo-yürüşə start verilib

17 avqust 2018
Paylaş
RİİB-in təşkilatçılığı və dəstəyi ilə velo-yürüşə start verilib

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı və dəstəyi ilə həvəskar velosipedçi Elmir Hüseynovun iştirakı ilə velo-yürüşə start verilib.

Avqustun 12-də Heydər Əliyev Mərkəzinin parkından başlanan yürüş ümumilikdə 90 gün davam edəcək. Velo-yürüş zamanı E.Hüseynov Azərbaycan da daxil olmaqla Rusiya, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Türkiyə və Gürcüstan əraziləri üzrə 6 min km-dən çox məsafəni qət edərək ölkəmizə qayıdacaq.

Yürüşün məqsədi marşrut üzrə yerli sakinləri Azərbaycanın qədim tarixi, adət-ənənələri, milli dəyərləri və Azərbaycan həqiqətləri barədə geniş məlumatlandırmaqdır.

 

FOTO