150 +994505000150

Gənclər RİİB-də fəal olmalıdır

7 mart 2016
Paylaş
Gənclər RİİB-də fəal olmalıdır

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yaradılan “Regional İnkişaf” İctimai Birliyinin başlıca məqsədinin ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdən ibarət olduğunu bildirib.

Təşkilatın ictimai fəallıq və ictimai nəzarətin gücləndirilməsi istiqamətində işlər görəcəyini deyən Anar Ələkbərov hər bir kəsi, xüsusilə gəncləri birliyin fəaliyyətində yaxından iştiraka dəvət edib. Bildirib ki, daxil olan kollegial müraciətlər İctimai Birliyin fəaliyyət isiqamətinə uyğun araşdırılacaq, lakin əsas məqsəd dövlət qurumları ilə, təşkilatlarla vətəndaşların arasında sıx əlaqənin yaradılması olacaq.