150 +994505000150

RİİB uşaqlar və gənclər üçün təsviri sənət sahəsində təlimlər təşkil edib

1 iyun 2017
Paylaş
RİİB uşaqlar və gənclər üçün təsviri sənət sahəsində təlimlər təşkil edib

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası regionlarda uşaqlar və gənclər üçün təsviri sənətin müxtəlif növləri üzrə təlimlər təşkil edib.

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası regionlarda uşaqlar və gənclər üçün təsviri sənətin müxtəlif növləri üzrə təlimlər təşkil edib. Pilot layihə mayın 22-dən 31-dək Ağdam, Zaqatala və Sabirabad rayonlarında həyata keçirilib. Təlimlərdə gənclərə rəngkarlıq, qrafika, heykəltəraşlıq, bədii toxuculuq və xalçaçılıq sənətinin incəlikləri öyrədilib.

 

Layihədə iştirak etmək üçün RİİB-ə 3 bölgə üzrə 114 nəfərdən müraciət daxil olub. Müsahibə əsasında onlardan 84 nəfəri seçilib və təsviri sənət sahələri üzrə qruplaşdırılıb. Ağdamda 28, Sabirabadda 16, Zaqatalada isə 40 uşaq, yeniyetmə və gənc təlimlərdə iştirak edib. Nəzəri və praktik xarakter daşıyan təlimləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti aparıb.

 

Layihənin məqsədi regionlarda istedadlı gəncləri üzə çıxarmaq və onların seçdikləri təsviri sənət növü üzrə bacarıqlarını inkişaf etdirməkdir.

 

Təlimləri uğurla başa vuran iştirakçıları RİİB və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası sertifikatlarla təltif edib.

 

Layihənin digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulur.