150 +994505000150

RİİB-in fəaliyyəti əsasən ictimai nəzarətin gücləndirilməsinə yönələcək

5 mart 2016
Paylaş
RİİB-in fəaliyyəti əsasən ictimai nəzarətin gücləndirilməsinə yönələcək

Başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərmək olan “Regional İnkişaf” İctimai Birliyi (RİİB), eyni zamanda vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşlılqlı dialoqun qurulması, ictimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.

RİİB fəaliyyətində, həmçinin aşağıdakı vəzifələri qarşıya qoyub:

 

-Regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli istiqamətində vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşlılqlı dialoqun və əməkdaşlığın qurulmasına, mövcud əlaqələrin genişləndirilməsinə və informasiya axınının təmin olunmasına köməklik göstərmək;

 

-İctimai nəzarət mexanizminin gücləndirilməsi istiqamətində fəaliyyət göstərmək;

 

-Regional dövlət proqramlarının icrasında aidiyyəti dövlət qurumlarının işinə dəstək vermək;

 

-İnsanların qanunvericilik aktları ilə müəyyən edilmiş hüquq və azadlıqlarından istifadə edilməsi üçün lazımi şəraitin yaradılmasına dəstək vermək;

 

-Regionlarda istedadlı, xüsusi qabiliyyətli insanların aşkara çıxarılması və onların davamlı inkişafının təmin edilməsi istiqamətində tədbirlər görmək;

 

-Regionlarda ətraf mühitin mühafizəsi, eləcə də ekoloji şüurun, mədəniyyətin formalaşması və möhkəmləndirilməsi sahəsində təkliflər hazırlamaq, bu istiqamətdə aidiyyəti qurumlarla birlikdə tədbirlər həyata keçirmək;

 

-Regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud olan gənclərin dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, təhsil almaq imkanlarının yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək vermək;

 

-Regionlarda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və inkişafının təşviq edilməsi sahəsində təkliflər vermək;

 

-Aidiyyəti qurumlarla birlikdə regionlarda sahibkarlığın və turizmin inkişafına xidmət edən məqsədli proqramların hazırlanması işində iştirak etmək və onların həyata keçirilməsinə dəstək vermək;

 

-Regionlarda aidiyyəti qurumlarla birlikdə ərazi və dövlət məşğulluq proqramlarının hazırlanması və həyata keçirilməsi işində iştirak etmək, təkliflər hazırlamaq;

 

-Regionlarda əhalinin həyat səviyyəsini öyrənmək, təhlil etmək və qiymətləndirmək, habelə əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsi işinə dəstək vermək;

 

-Regionlarda gənclərin milli-mənəvi dəyərlərə, ənənələrə, tarixi keçmişinə bağlı ruhda böyüməsi, eləcə də ölkəmiz və dünya mədəniyyəti haqqında bilik və məlumatların artırılması istiqamətində tədbirlər görmək;

 

-Regionalarda güclü insan kapitalının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərmək;

 

-Regionlarda əhalinin maarifləndirilməsi istiqamətində müstəqil olaraq və ya dövlət qurumları, bələdiyyələr və ictimai təşkilatlar ilə birlikdə tədbirlər həyata keçirir;

 

-Fəaliyyət sahəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin analoji qurumları ilə əməkdaşlıq etmək;

 

-Humanitar, kommersiya və qeyri-kommersiya təşkilatları, kütləvi informasiya vasitələri, dövlət və bələdiyyə orqanları, qeyri-hökümət təşkilatları, yerli və xarici təhsil müəssisələri və digər təşkilatlarla əməkdaşlıq etmək;

 

-Zəruri hallarda qanunvericilik aktlarının təkmilləşdirilməsi təşəbbüsü ilə çıxış etmək;

 

-Qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.