150 +994505000150

RİİB və Yasamal RİH yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq sovqatı paylayıb

6 aprel 2020
Paylaş
RİİB və Yasamal RİH yaşı 65-dən yuxarı olan tənha insanlara ərzaq sovqatı paylayıb

Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunmuş xüsusi rejim müddətində insanların fərdi evlərindən və mənzillərindən çıxışı xüsusi qaydalarla tənzimlənməkdədir.

Karantin rejimində yaşı 65-dən yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan, bu kateqoriyadan olan tənha insanlara qayğı göstərilməsi istiqamətində növbəti sosial aksiya “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən birgə həyata keçirilib.

Yardım aksiyası çərçivəsində yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid şəxslərə ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb. Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sakinlərə sovqatları çatdıran RİİB könüllüləri və Yasamal RİH əməkdaşları eyni zamanda vətəndaşlara pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi qabaqlayıcı və preventiv tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar veriblər.

#evdəqal kampaniyası çərçivəsində həyata keçirilən sosial aksiya karantin rejimində ehtiyacı olanlara maddi və mənəvi cəhətdən dəstdək olmaq məqsədi daşıyır.

Bir daha vətəndaşlarımızı bu həssas dövrdə evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə çağırırıq.


FOTO