150 +994505000150

RİİB-in təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib

8 noyabr 2019
Paylaş
RİİB-in təşkilatçılığı ilə Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib

«Regional İnkişaf» İctimai Birliyinin təşkilatçılığı ilə 9 noyabr- Dövlət Bayrağı Gününə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Suraxanı rayonunda təşkil olunan aksiya “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində həyata keçirilib. Bu dəfə rayon sakinləri, gənclər 9 noyabr - Dövlət Bayrağı Günü ərəfəsində bir olaraq ekoloji aksiyaya öz töhfələrini veriblər. Qeyd edək ki, “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi üzrə Bakıda və respublikanın müxtəlif rayonlarında 100 minlərlə ağacın əkilməsi nəzərdə tutulub.