150 +994505000150

Valideyn himayəsindən məhrum uşaqlar müharibə və əmək əlilləri üçün pansionatın sakinlərini ziyarət ediblər

03 oktyabr 2019
Paylaş
Valideyn himayəsindən məhrum uşaqlar müharibə və əmək əlilləri üçün pansionatın sakinlərini ziyarət ediblər

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibətilə Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ziyarət edilib.

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə 1 saylı uşaq evinin sakinləri də iştirak ediblər. Balacaların təqdim etdikləri səhnəcik, rəqs və bədii qiraət nümunələri görüşə xüsusi rəng qatıb. Əyləncəli proqramla davam edən tədbirdə müsabiqə və yarışlar keçirilib, qaliblər mükafatlandırılıb.

RİİB-in Bakı regionu üzrə könüllülərinin iştirakı ilə keçən tədbirdə 1 saylı uşaq evinin sakinləri və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri öz əl işləri olan hədiyyə və açıqcaları, yazdıqları məktubları ahıllara təqdim ediblər.

Görüşün keçirilməsində məqsəd əlamətdar gündə pansionatin sakinlərinə xoş ovqat bəxş etməklə yanaşı, valideyn himayəsindən məhrum olmuş uşaqlarla ahıl və tənha insanları bir araya gətirmək, onlar arasında səmimi ünsiyyətin qurulmasına zəmin yaratmaq idi. Tədbir həm də balacalarda yaşlılara hörmət və mərhəmət hissini artırmağa, onlara diqqət və qayğı göstərmək kimi müsbət keyfiyyətləri aşılamağa yönəlmişdi.