150 +994505000150

“Regional İnkişaf” İctimai Birliyinin Quba regional mərkəzi yaradılıb

11 aprel 2016
Paylaş
“Regional İnkişaf” İctimai Birliyinin Quba regional mərkəzi yaradılıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Quba regional mərkəzi fəaliyyətə başlayıb. Birliyin Qubada keçirilən toplantısında qeyd olunub ki, təşkilatın şimal bölgəsi üzrə fəaliyyəti Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını əhatə edəcək, regional mərkəz isə Quba şəhərində fəaliyyət göstərəcək.


 

Diskussiya şəklində keçən tədbirdə bölgədə bağçılıq və aqrotexnika sahələri, kənd təsərrüfatı texnikalarının idarə edilməsi üzrə təlim kurslarının təşkili, yeni fəaliyyətə başlayan sahibkarlar üçün resurs və ya biznes məsləhət mərkəzlərinin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təbliği məqsədilə kəndlərdə idman qurğularının quraşdırılması barədə təkliflər irəli sürülüb. Regionda bir çox etnik qrupların mövcud olduğu və onların mədəniyyətinin, tarixinin qorunması istiqamətində tədbirlərin gücləndirilməsinin vacibliyi, bunun həm də turizmin inkişafında mühüm rol oynaya biləcəyi vurğulanıb. Turizm zonası üçün vacib olan mütəxəssislərin, o cümlədən bələdçilərin hazırlanması, fiziki imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyası, onların sosial rifahının təmini üçün müvafiq kursların təşkili və digər məsələlərlə bağlı təkliflər dinlənilib.